2021-ci ildə Boris Conson Putinə nə deyib?backend

2021-ci ildə Boris Conson Putinə nə deyib?

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2021-ci ilin payızında Rusiya prezidenti Vladimir Putini Ukraynanın yaxın gələcəkdə NATO üzvü olmayacağına inandırmağa çalışıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Express” qəzeti amerikalı jurnalist Bob Vudvordun “Müharibə” kitabına istinadən yazır. İddia olunur ki, Conson 2021-ci ildə telefon danışığında Putinə yaxınlaşaraq Rusiya liderini Ukraynanı işğal etmək üçün heç bir səbəbinin olmadığını və Kiyevin heç vaxt NATO-ya qoşulmayacağına inandırmağa çalışıb. Müəllifin sözlərinə görə, Putin cavab olaraq hansı müddətin müzakirə edildiyini soruşub. Conson bir daha vurğulayıb ki,  Ukrayna ümumiyyətlə NATO-ya qoşulmayacaq.  Vudvordun sözlərinə görə, Britaniyanın o zamankı baş naziri hesab edirdi ki, Vladimir

Putin Qərb liderlərindən Ukraynanın NATO  üzvlüyünə mümkünsüzlüyünü açıq şəkildə bəyan etmələrini istəyir. İki lider arasında telefon danışığının 2021-ci ilin oktyabrında keçirilən G20 sammitindən sonra baş tutduğu dəqiqləşir. “Müharibə”nin  müəllifi yazır ki, eyni zamanda Qərb liderləri Co Baydendən Rusiyanın Ukrayna ilə sərhədə qoşun yeritdiyi barədə məlumat alıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*