2022-ci ildə dünyada öldürülən jurnalistlərin sayı AÇIQLANDIbackend

2022-ci ildə dünyada öldürülən jurnalistlərin sayı AÇIQLANDI

2022-ci ildə 66 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat İnstitutu  bildirib.

Açıqlamada qeyd olunub ki, 2021-ci ildə öldürülən jurnalistlərin sayı 45, bu il isə 66-ya yüksəlib. Bu il Meksikada 14, Rusiya-Ukrayna müharibəsində isə 9 jurnalist öldürülüb.

Həmçinin 2022-ci ilin may ayında İordan çayının qərb sahilində İsrail qüvvələrinin təşkil etdiyi əməliyyatda “Əl-Cəzirə” televiziyasının müxbiri Şirin Əbu Aklenin öldürülməsi qeyd edilib.

Qeyd edək ki, Beynəlxalq Mətbuat İnstitutu 1997-ci ildən qətlə yetirilən jurnalistlərlə bağlı hesabat və araşdırmalar aparır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*