2022-ci ildə iş başında ölən jurnalistlərin sayı artıbbackend

2022-ci ildə iş başında ölən jurnalistlərin sayı artıb

Son illərdə öldürülən jurnalistlərin sayındakı azalma Ukraynadakı müharibə sayəsində yenidən artıb.

KONKRET.az DW-yə istinadla xəbər verir ki, Beynəlxalq Jurnalistlər Federasiyası aidiyyəti təşkilatları bu barədə tədbir görməyə çağırıb.

“Dünya 2022-ci ildə jurnalistlər üçün daha ölümcül bir yerə çevrilib. 67 jurnalist işini yerinə yetirərkən öldürülüb. Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) cümə günü dərc etdiyi hesabata görə, bu rəqəm 2021-ci ildə 47 nəfər olub”, – nəşrin məlumatında deyilir.

Qeyd olunur ki, Ukrayna Rusiyanın işğalı sayəsində ən təhlükəli ölkəyə çevrilib və sözügedən jurnalistlərin, media işçilərinin məhz 12-si bu ölkənin ərazisində qətlə yetirilib.

Hesabatda, həmçinin bildirilib ki, Haitidəki zorakılıq və Meksikadakı mütəşəkkil cinayətkarlıq halları ilə əlaqədar müvafiq olaraq 6 və 11 ölüm faktı qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*