21 yaşlı qadın dəm qazından zəhərlənərək öldübackend

21 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Rövşanə Şadmanova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın xəstəxanaya çatırılsa da onun öldüyü məlum olub.

Qeyd edək ki 21 yaşlı qadın ailəli olub, 6 aylıq övladı var.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*