Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdibackend

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Şimali Makedoniyaya başsağlığı verib.

KONKRET.az xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Bolqarıstanın qərbində avtobus qəzası nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlərdən ibarət onlarla insanın həlak olması ilə bağlı xəbər bizi çox kədərləndirdi. Faciəvi qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyanın qərbində Şimali Makedoniyaya məxsus avtobus yanıb. İlkin məlumata görə, yanğın zamanı azı 46 Şimali Makedoniya vətəndaşı ölüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*