22 yaşlı qızdan ŞOK ƏMƏL: Oteli YANDIRDIbackend

22 yaşlı qızdan ŞOK ƏMƏL: Oteli YANDIRDI

Moskvanın cənub-qərbində yerləşən “Astrus” otelində 22 yaşlı qız otağı yandırıb. Yanğın törətməkdə şübhəli bilinən Darya B. saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “SHOT” telegram kanalı məlumat yayıb.

Qız ukraynalı kuratorların göstərişi ilə hərəkət etdiyini iddia edib.

Qeyd edək ki, hadisə dünən axşam saat 9-da, dörd ulduzlu “Astrus” otelinin 18-ci mərtəbəsində baş verib. Belə ki, qız otağın mebellərini, divarlarını və qapısını maye tökərək yandırıb.

Oteldə yanğınsöndürmə sistemi işə düşüb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb və otaqda naməlum maye qalıqları olan bir neçə şüşə aşkar edilib.

Polis əməkdaşları şübhəli şəxsi saxlayıb.

/Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*