Ukrayna Rusiya üzərində qələbə qazanmayacaq – Hər şeyin sonu varbackend

Ukrayna Rusiya üzərində qələbə qazanmayacaq - Hər şeyin sonu var

Xəbər verildiyi kimi, Ukrayna lideri Vlodimir Zelenski “qələbə planı”nın müəyyən bəndlərini açıqlayıb. Məlumata görə, planının 5 bənd və üç gizli əlavədən ibarətdir. Bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı, yəni müharibənin bitməsindən sonrakı mərhələyə aiddir.

Qərb mətbuatının yazdığına görə, müttəfiq ölkələrin liderləri bu planı uğurlu hesab etməyiblər. Maraqlıdır, sözügedən dövlətlər rəsmi Kiyevin planını reallaşdıracaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan konfliktoloq Elman Vəliyev qeyd edib ki, Zelenskinin əsas məqsədi dəstəkçilərini daha da təhrik etməkdir:

“Ukrayna lideri müttəfiqlərə çatdırmaq istəyir ki, yardımınızı artırsanız, müharibədə uğur qazana bilərik. Düşünürəm ki, döyüşlər hələ bir müddət davam edəcək. Gedişata ABŞ-də keçiriləcək seçkilər təsir edəcək. Ukraynanın Rusiya üzərində qələbə qazanacağı real görünmür. Berlin divarı kimi vəziyyət yarana bilər. Sözügedən ölkənin ayaqda qalması, bunda maraqlı olan dövlətlərin dəstəyini davam etdirməsinin nəticəsidir. Ancaq sual yaranır: bu, nə zamana kimi davam edəcək. Hər şeyin bir sonu var”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*