22 yaşlı qızı kafedə döydülərbackend

22 yaşlı qızı kafedə döydülər

Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, Xaçmazın N.Nərimanov küçəsi, bina 70A ünvanında yaşayan, 1999-cu təvəllüdlü Əzimova Xanım Kənan qızı kafedə tanımadığı şəxs tərəfindən döyülüb.

X.Əzimova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burun sümüyünün qapalı sınığı, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*