24 yaşlı gənc dənizdə batdı – Astaradabackend

24 yaşlı gənc dənizdə batdı - Astarada

Astarada bir nəfər dənizdə batıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*