24 yaşlı oğlan tüfənglə özünü öldürdübackend

24 yaşlı oğlan tüfənglə özünü öldürdü

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*