2500 müəllim vaksinasiyadan imtina edibbackend

2500 müəllim vaksinasiyadan imtina edib

Bu günədək Bakı şəhəri üzrə 38 min 185 təhsil işçisindən 24 502 nəfəri vaksinasiya olunub. Ümumi saydan 4620 nəfər yoluxduğu, 3400 nəfər digər səbəblərdən, 3 minə yaxın insan isə həkimdən arayış gətirdiyi üçün vaksinasiya olunmayıb.

KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib.

Nazir bildirib ki, 2500 müəllim vaksin olunmaqdan imtina edib: “Vaksinasiya könüllüdür, məcbur etmirik. Lakin onlar həyatlarını riskə atırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*