Kulis.az 2008-ci ildə çəkilən və ölkəmizdə də çox böyük sevgi ilə izlənilən “Həzrəti Yusif” serialında Həzrəti Yusif obrazına həyat vermiş aktyor Mustafa Zamani haqqında bilinməyən məlumatları təqdim edir.
Həzrəti Yusif obrazını canlandıran İranın tanınmış aktyoru Mustafa Zamani 1982-ci ildə Mazandaranda dünyaya gəlib.
Əsl peşəsi industrial idarəçilik olan Mustafa Zamani universiteti əla qiymətlərlə başa vurduqdan sonra televiziya filmlərində epizodik rollarda çəkilməyə başlayıb. İştirak etdiyi ən böyük layihə “Həzrəti Yusif” serialı olub. Zamani bu serial sayəsində ciddi tamaşaçı kütləsi toplayıb.