27 sentyabrda hansı tədbirlər keçiriləcək? – SİYAHIbackend

27 sentyabrda hansı tədbirlər keçiriləcək? - SİYAHI

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın mədəniyyət ocaqlarında bir sıra tədbirlər keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, anım günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi əsasında “Zəfər yolu” tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də oynanılacaq.

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda Vətən müharibəsinə həsr olunan “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.

Həmçinin saat 12:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçiriləcək.

Saat 14:00-da Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalan şəhidləri tanımaq və anmaq məqsədi ilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir təşkil olunacaq.

Eyni zamanda Səməd Vurğunun ev-muzeyində “44 günlük Vətən müharibəsi…” adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi keçiriləcək.

Abdulla Şaiqin Mənzil-Muzeyində anım günü ilə bağlı “Zəfərə aparan yol” adlı tədbir keçiriləcək.

Bundan başqa, Nəriman Nərimanovun xatirə muzeyində “44 günlük zəfər tariximiz” adlı sərgi və Açıq qapı təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*