28 illik BAĞIN yeni YAŞI: III Çeçen və III QARABAĞ savaşı – Tarix TƏKRARLANIR?backend

28 illik BAĞIN yeni YAŞI: III Çeçen və III QARABAĞ savaşı - Tarix TƏKRARLANIR?

Ukraynada Turan adlı türk taboru yaradılıb. Hərbçilər videmüraciətdə Vladimir Putinin “xüsusi əməliyyat” adı altında “türkdilli xalqlara qarşı soyqırımı törətdiyini” vurğulayıblar.

Bəs Putin bunu niyə etsin?

1. Rusiyanın tətkibindəki türk soylu muxtar respublikaların müstəqillik planı vərəqlənir. Bu niyyət İran ssenarisi ilə aparılacaq. Rusiya əhalisi isə hicab yox, səfalət, mənasız savaşdakı günahsız ölüm etirazlarına qalxacaqlar. Belə olan halda isə muxtariyyətlərin cümhuriyyət tələbləri yaranacaq;

2. Qərbin Rusiyanın parçalanmasına hesabladığı “anakonda planı” hazırda Kreml imperiyasının qərb sərhədlərində icra olunur. Rusiyanın cənubdan mühasirəsi isə türk dövlətlərinin birliyi ilə əldə olunmalıdır;

KONKRET.az xəbər verir ki, Rusiyanı laxlatmağın sınanmış üsullarından biri müharibələrdir. Hazırda Ukraynada gedən döyüşlər nə vaxtsa Orta Asiya, Gürcüstan və Azərbaycanda da gedib. Elə Çeçenistan da! 1991-ci ildə özünü müstəqil elan edən Çeçen İçkeriya Respublikası tanınmasa da, Dudayevlər, Basayevlər mübarizəni davam etdirdilər.

I Qarabağ və I Rus-Çeçen savaşı

Bu iki müharibənin ortaq nöqtəsi Rusiya işğalçılığından qurtulmaq olub. Qorbaçovun verdiyi qərarla Qarabağdakı Yeltsin işğalçılığının qarşısını almaq üçün azadlıq mübarizəsinə qalxmış bütün postsovet ölkələri ilə əməkdaşlıq önəmli olub. Lakin 1993-ə qədər bu elə də mümkün olmayıb. Çünki vətəndaş müharibəsi və hakimiyyət uğrunda dava meydançasına çevrilmiş Bakı Azərbaycanı işğal etmək istəyən İrəvanla dostluq edə bilməzdi. Digər qonşuları da, hətta Türkiyəni öz tərəfinə çəkməyi bacarmırdı. Ancaq güclü strateq olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müxtəlif yollarla Kremlə təsir edə bilirdi. 1994-96-cı illərdə Çeçenistana yardım təzyiq vasitələrindən olub. Tezisdən kənara çıxa bilməyənlər, rəsmi məlumatla dolanan politoloqlar bu barədə danışmasa da, bəli, erməni-rus terrorçularına qarşı çeçenlər Qarabağda azərbaycanlılarla çiyin-çiyinə vuruşub. Elə azərbaycanlı silahlı dəstələr də Çeçenistanda qətliam törədən ruslara qarşı Qroznı mübarizəsi aparıblar. Hətta Heydər Əliyev müsahibələrinin birində çeçenlərə Bakıda tibbi yardım göstərildiyini danmayıb.

Dudayevin öldürülməsindən sonra Şamil Basayevlə yanaşı Aslan Masxadov kimi adlar de-fakto itirilmiş müstəqilliyin bərpasına çalışdılar və 1999-2009 II Rus-Çeçen savaşı kimi yadda qaldı. Yəni bəzi çeçenlər beynəlxalq terrorçu adlandırılsa da, istər vandalizm, istərsə də minlərlə dinc sakini öldürdüyünə görə həmin müharibələrdəki cəllad, faşizm nümunəsi Rusiyadır. Məhz buna görə də Çeçen-Rus yox, Rus-Çeçen müharibələri kimi qeyd etmişəm. Çeçenlərin rus istilasına qarşı apardığı hər iki savaş uğursuz olub. Hazırda Putinə sadiq Kadırovun hakimiyyətdə olması Çeçen İçkeriya Respublikasını aktuallıqdan salıb.

– Kadırov I Çeçen savaşında Rusiyaya qarşı döyüşüb;

– II Çeçen müharibəsində isə atası ilə birgə Rusiya tərəfdən vuruşub;

Siyasətdə belə get-gəllərin olduğu məlumdur. Həm də geosiyasi oyunlar sürprizlərlə doludur. Ukraynada Turan silahlılarının Kremlə mesajından əvvəl Çeçen İçkeriya dəstəsi də Putinə xəbərdarlıq yollamışdı. Yəni region III Qarabağ savaşından olduğu kimi, III Çeçen müharibəsindən də sığortalanmayıb.

Nə də Putin devrilməkdən!

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*