“3 ay …” – ÜST rəsmisindən MÜHÜM AÇIQLAMAbackend

"3 ay ..." - ÜST rəsmisindən MÜHÜM AÇIQLAMA

“Qarşıdakı üç ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq”.

KONKRET.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Harmancı bildirib ki, artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib:

”Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”.

ÜST rəsmisi əlavə edib ki, Azərbaycanda artıq küçələrdə insanlar pandemiya qaydalarına daha çox riayət edirlər. Bu, çox gözəl haldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*