3 il keçsə də, “morq”larda hələ də cəsəd qalıqları var – İrəvanda hər kəs ŞOKDADIRbackend

3 il keçsə də, "morq"larda hələ də cəsəd qalıqları var - İrəvanda hər kəs ŞOKDADIR

“2020-ci il müharibəsindən 3 il keçsə də, məlum olur ki, məhkəmə-tibb mərkəzinin soyuducularında hələ də dəfn olunmamış, valideynlərinə təhvil verilməyən cəsəd qalıqları var”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Həmin xəbərlərdə deyilir ki, “Hökumət 44 günlük müharibədə həlak olan, eləcə də valideynləri tərəfindən götürülməyən hərbçilərin cəsədlərinin qalıqlarını dəfn etməyə hazırlaşır”.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan bildirib ki, soyuducuda saxlanmasına baxmayaraq, cəsədlərin çürüməsinin qarşısını almaq mümkün deyil. “Elə orqanlar var ki, onların şəxsiyyəti bir neçə dəfə Məhkəmə Tibb Mərkəzi tərəfindən deyil, həm də digər ölkələrdə aparılmış müstəqil ekspert rəyləri ilə təsdiqlənib”, – Avanesyan bildirib.

Lakin DNT müayinəsinin nəticələri etibarlı olsa da, valideynlər oğullarının qalıqlarını götürüb dəfn etməkdən imtina edib. Səhiyyə naziri də bu sualın cavabını bilmir: “Valideynlər kifayət qədər ağır psixoloji vəziyyətdədir. Dəqiq səbəbin nə olduğunu deyə bilmərəm. Ağrılı bir reallıq da var: vaxt keçdikcə reallıqla barışmaq, faktları qəbul etmək və sevilən birinin qalıqlarını götürmək bir o qədər çətinləşir”. Yəni valideynlər bu qalıqların uşaqlarına aid olduğuna inanmaqdan imtina edir, ola bilsin ki, onlar da DNT analizinin nəticələrinə inanmırlar.

Qeyd edək ki, 44 günlük müharibədə həlak olan əsgərlərin qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində soyuducu şəraitdə saxlanılır. Avanesyan vurğulayır ki, “Cəsəd qalıqlarını soyuducuda illərlə saxlamaq qeyri-mümkündür. Bu cəsəd hissələri bizim əqidəmizə və xristian qaydalarına uyğun olaraq basdırılmalıdır”.

Səhiyyə naziri bildirib ki, sentyabr döyüşləri zamanı həlak olan əsgərlərin meyitlərinin tanınması üçün şəxsiyyətin müəyyən edilməsi üzrə ekspertiza aparılır. “Hazırda tanınma və identifikasiya prosesləri gedir, artıq DNT testlərindən keçmiş qohumlar var”, – deyə o əlavə edib.

Hraparak qəzeti isə bu məsələlərin çox faciəli olduğunu yazır: “Müharibədən 3 il keçsə də, biz hələ də qurbanların şəxsiyyətinin müəyyən edilməsi, basdırılması, itkin düşənlərin tapılması problemlərindən danışırıq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*