UEFA Hakimlər Komitəsi Avro-2024-ün 1/4 finalında Almaniya – İspaniya (1:2) oyununda baş hakim Entoni Teylorun səhv etdiyini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, qarşılaşmaya əlavə edilmiş vaxtda cərimə meydançasında top ispan müdafiəçi Mark Kukurellanın əlinə dəysə də, referi penalti təyin etməyib. İspaniya millisi 119-cu dəqiqədə qol vuraraq çempionatın yarımfinalına yüksəlib.
UEFA görüşdən 2 ay sonra Entoni Teylorun penalti təyin etməmək qərarını səhv kimi tanıyıb.
Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə 2:1 hesabı ilə qalib gələrək Avro-2024-ün qalibi olub.