İstanbulun Arnavutköy səmtində bir qrup gənc quş oğrularını yaxalayaraq onları qadın geyimləri geyməyə məcbur edib və bu anları mobil telefonla videoya çəkiblər.
KONKRET.az milli.az-a istinadən xəbər veriHadisə bir neçə gün əvvəl baş verib.
İddiaya görə tanışlarının quşlarını oğurlayan iki nəfəri tapan gənclər onlara qadın ətəyi geyindirərək alçaldıcı şəkildə video çəkib. Görüntülərdə bir nəfərin əlində kəsici alətlə divanda oturduğu, digərlərinə isə zorla müəyyən ifadələri təkrar etdirdiyi müşahidə olunur.
Videonu paylaşan gənclərin bu davranışı sosial şəbəkələrdə kəskin tənqidə səbəb olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmalara başladığı bildirilib.