Hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki… – Sədrbackend

Hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki... - Sədr

Su istehlakının 70%-dən çoxu kənd təsərrüfatı təyinatlıdır. Bizim içməli suyumuz istifadə etdiyimiz suyun sadəcə 6%-ni təşkil edir, qalanı sənaye və digər istiqamətlər üzrədir.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Abşeron yarımadasının digər bölgələrində, hətta Bakının bəzi rayonlarında su rejimlə verilir:

“Bununla bağlı çox böyük proqramlar hazırlanır. Şəbəkələrin yenilənməsi, su mənbələrinin yaradılması istiqamətində tədbirlər görülür. Hazırda suyun duzsuzlaşdırılması layihəsi həyata keçirilir. Həmçinin, suyun təkrar istehsalı, ondan təkrar istifadə istiqamətində işlər aparılır. Bu tədbirlər tamamladıqdan sonra ölkədə həm suyun miqdarı artacaq, həm də şəbəkə olduqdan sonra insanları su ilə rahat təmin edə biləcəyik”.

“Bütün hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki, suyu israf etməliyik”, – deyə sədr əlavə edib.

  • Şəfayət
    Sentyabr 11, 2025 - 14:48

    Salam. Xeyirxah insanlar. Pirşağı bağ massivində içməli su ilə bağ becərilməsi həyata keçirilir. Su kanalı yaxında olsada. Buna görə də insanlar əziyyət çəkirlər. Pirşağı istiqamətdə olan əhalinin suyu kəsilir. Olmazmı su idarəsi su kəmərini özü çəksin və oğurluq edən şəxslərin qarşısını almaq üçün tədbirlər həyata keçirsin. Hər cür dəstək verməyə hazıram. Allah naminə dövlətimizin naminə kömək edin. Su həyatdır. Su içməlidirsə insanlar üçündür. Bağ sulamaq üçün deyil. Kanal ərazinin yanından keçsədə istifadə etmək istəmirlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*