“30 il ərzində bizə elə gəlirdi ki, biz müharibəyə hazırıq. Məlum oldu ki, biz yanılmışıq” – Simonyanbackend

“30 il ərzində bizə elə gəlirdi ki, biz müharibəyə hazırıq. Məlum oldu ki, biz yanılmışıq” - Simonyan

“Ermənistan həmişə müharibə təhlükəsi görür, ona görə də biz hər gün, hər saat müdafiə qabiliyyətimizi artırmaqla məşğul oluruq. Biz hər zaman müharibəyə hazır olmalıyıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlameninin spikeri Alen Simonyan bildirib.

“Müharibəyə hazırıqmı”, – sualına Simonyan belə cavab verdi: “Bu suala heç kim cavab verə bilməz. 30 il ərzində bizə elə gəlirdi ki, biz hazırıq və regionun ən döyüşə hazır ordusuna malikik. Məlum oldu ki, yox, bu, belə deyil. Başqa bir oxşar nümunə dünyanın başqa yerində baş verdi, bir ölkə dünyanın ən döyüşə hazır ordusu olduğunu düşünsə də, gedib bataqlıqlarda qaldı”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*