30 il əvvəl Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil verildibackend

30 il əvvəl Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil verildi

Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib.

KONKRET.az xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır.

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı “Üçtəpə” yüksəkliyi ərazisində itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*