2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Aryaeronaviqasiya” şirkətinə 133 760 avro ödəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, ödənişin məbləğində artım baş verib.
Belə ki, bu il erməni tərəfinə ödənilən pul ötən ilin eyni dövrü ilə müqayisədə 90 min avro çoxdur.
Məlik,
KONKRET.az