“30 kq kartof alırıq ki, 30 gün yeyəcəyik, amma…“ – Azərbaycanlılar niyə maaşla dolana bilmir?backend

“30 kq kartof alırıq ki, 30 gün yeyəcəyik, amma...“ - Azərbaycanlılar niyə maaşla dolana bilmir?

Azərbaycanda əksəriyyət aylıq məvacibin onlara yetmədiyindən şikayətçidir. Bəzi ekspertlərsə bu rəydədir ki, insanların ayı aya calaya bilməməsinin səbəbi ailənin maliyyə xərclərini düzgün planlaşdırmamasıdır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əhalinin aylıq gəliri hazırda çox aşağı səviyyədədir:

“Son 2 ilin rəsmi statistikası da bunu isbatlayır. Bu ilin 11 ay ərzində hökumətin nəzarətində olan qiymətlərin, həm də özəl sektor qiymətlərində davamlı artım müşahidə edilir. Bununla da gəlirlərlə qiymətlər arasında fərq böyüyüyb. Ölkəmizdə əhalinin çox az hissəsinin (10-15%) gəlirləri qənaət etməyə çatır. Yerdə qalan hissəsinin gəlirləri isə normal yaşayışı belə təmin etmir.

İstehlak səbətinin dəyəri 176 manatdır. 176 manatla bir adam bir ayda necə yaşaya bilər? Bu, sadəcə mümkün deyil. Əmək stajı olmayan pensiyaçı 130 manat müavinət alır, bununla dolana bilərmi? Orta aylıq əmək haqqı 700 manatdan yuxarıdır, ancaq minimum əmək haqqı 250 manat.

Bizim kifayət qədər minimum əmək haqqı alan vətəndaşımız var. Bu məbləğlər özü onu göstərir ki, Azərbaycanda vətəndaş gəlirləri ilə səmərəli istifadə etsə belə, onunla 1 ay dolanmaq mümkün deyil”.

Akif Nəsirli əhalinin gəlirlərini idarə etməsində problemin mövcudluğu fikrinə də haqq qazandırır.

Ekspert qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində “ailə iqtisadiyyatı” deyilən bir anlayış var:

“Bu barədə Azərbaycanda təsəvvür belə yoxdur. Xaricdə bununla bağlı əyani vəsaitlər var, adam oxuyanda düşünür ki, gör biz nələrdən xəbərsizik. Məsələn, bu əyani vəsaitlərin birində tövsiyə  olunur ki, evə ərzaq almaq üçün mağazaya heç vaxt ac getməyin. Çünki ac adam 1 çörək almalı idinsə, 2 çörək, yarım kilo kolbasa yerinə 3 kilo alacaq.

Bilirsizmi, gəlirinizi necə düzgün və idarəli istifadə etməlisiniz? Evdə əsla sadəcə 1 nəfər bütün öhdəliyi üzərinə götürməməlidir. Xərclər bölünməli, iş bölgüsü aparılmalı, səmərə və təhlil planı yaradılmalıdır. Məsələn, ayın əvvəli 30 kq kartof alıb evə qoyuruq ki, 30 gün yeyəcəyəm. Ayın sonu görürük ki, kartofun yarısından çoxu çürüyüb.

Bu cür tövsiyələr Azərbaycan əhalisi üçün maraqlı olmayacaq, çünki onsuz da 30 kq kartof alma imkanı yoxdur.

Mən düşünürəm ki, 4 nəfərdən ibarət olan bir ailənin adambaşı təxminən 500 manat gəliri olsa, normal şərait qurula bilər. 2 min manat olmadan həm də geyimə, əyləncəyə və s. xərclənəcək pul qalmır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*