32 yaşlı Göyçay sakini itkin düşüb – FOTObackend

32 yaşlı Göyçay sakini itkin düşüb - FOTO

Göyçay rayonu Bəydövül kənd sakini, 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*