33 yaşlı millət vəkili ÖLÜ TAPILDIbackend

33 yaşlı millət vəkili ÖLÜ TAPILDI

Ukraynada “Gələcək naminə” pariyasından olan deputat Anton Polyakovun cəsədi paytaxt Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi ilkin məlumata görə, təcili tibbi yardımın həkimləri 33 yaşlı deputata tibbi müdaxilə etməyə çalışsalar da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Hazırda polis əməkdaşları hadisə baş verən ərazidə zəruri istintaq əməliyyatları həyata keçirirlər.

Millət vəkilinin ölüm səbəbini aydınlaşdırmaq üçün cəsədi məhkəmə-tibbi ekspertizasına göndəriləcək.

Faktla bağlı cinayət işi başladılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*