34 il ərzində 4000-ə yaxın azərbaycanlı, 1000-ə yaxın erməni  itkin düşübbackend

34 il ərzində 4000-ə yaxın azərbaycanlı, 1000-ə yaxın erməni itkin düşüb

Müvafiq ailələrin Beynəlxalq Qızıl Xaç Komitəsinə verdiyi məlumata görə, 1990-cı illərdən bəri regionda baş verən münaqişələr nəticəsində 4000-ə yaxın azərbaycanlı, 1000-ə yaxın erməni itkin düşüb.

KONKRET.az xəbər verir ki, BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarına cavabdeh olan Zara Amatuni Panorama.am saytının müxbirinə müsahibəsində bildirib ki, 700 erməni 1-ci, 300 nəfər isə 2-ci Qarabağ müharibəsində itkin düşmüş hesab olunur.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 3890 azərbaycanlı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. 2020-ci ilin sentyabrında baş vermiş II Qarabağ müharibəsində isə 6 Azərbaycan hərbçisi itkin düşüb.

Xatırladaq ki, bu gün avqustun 30-u Beynəlxalq itkin düşmüş şəxslər günüdür.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*