35 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldıbackend

35 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı

İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*