Pedofiliyaya görə məhkum olunmuş məşhur şoumen dünyasını dəyişdibackend

Pedofiliyaya görə məhkum olunmuş məşhur şoumen dünyasını dəyişdi

Avstraliyalı şoumen və teleaparıcı, pedofiliyaya görə məhkum olunmuş Rolf Harris 94 yaşında vəfat edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məhşur şoumen 2022-ci ildən bəri qırtlaq xərçəngindən əziyyət çəkirdi. O, yandırılaraq dəfn olunub.

Qeyd edək ki, Rolf Harris 1952-ci ildə televiziya animatoru kimi fəaliyyətə başlayıb. Və tezliklə özünü musiqi sahəsində də sınayıb. 1957-ci ildə ifa etdiyi “Tie Me Kangaroo Down, Sport” hiti ona Böyük Britaniya, Avstraliya və ABŞ-da məşhurluq qazandırıb. Rolf daha sonra televiziya şoularında populyarlaşıb.

Lakin 2014-cü ilin iyul ayında Hariss uşaqlar da daxil olmaqla, cinsi təcavüzə görə 5 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib. İstintaq zamanı məlum olub ki, şoumen məşhurluğundan istifadə edərək, insanlarda özünə qarşı rəğbət yaradıb və cinsi təcavüz göstərib. Onun qurbanlarına hədə-qorxu gəldiyi də məlum olub.

Rolf Harris bütün bunlara görə Britaniya imperiyasının və Avstraliyanın ordenlərindən məhrum edilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*