Erməni quldur dəstəsinin rəhbəri Vitali Balasanyan sərbəst buraxıldıbackend

Erməni quldur dəstəsinin rəhbəri Vitali Balasanyan sərbəst buraxıldı

Qarabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyan “məhkəmə”nin qərarı ilə sərbəst buraxılıb

KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat verib.

O bildirib ki, Balasanyan hazırda xəstəxanada müalicəsini davam etdirir.

Xatırladaq ki, iyulun 13-də Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu Əsgərandakı evində saxlanılıb. Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb. Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*