Bu gün İrəvan meriyasına (Şəhər Şurasına) seçkilər keçirilir.
KONKRET.az xəbər verir ki, “Akanates” (“Şahid”) müşahidə missiyası seçki məntəqələrində apardığı müşahidələrin nəticələrini təqdim edib.
Müşahidə olunan 30 seçki məntəqəsində səsverməyə hazırlıq və seçki məntəqələrinin açılması prosesi əsasən müəyyən olunmuş qaydada, ciddi pozuntulara yol verilmədən təşkil olunub.
Acanates missiyasının müşahidəçilərinin seçki məntəqələrinə daxil olmasına mane olmaq cəhdləri qeydə alınmayıb.
İki ərazidə icazəsiz şəxslərin olması müşahidə olunub. 4/34 saylı seçki məntəqəsində seçkidə iştirak edən partiyalardan birinin aparat rəhbəri məntəqə seçki komissiyasının üzvlərindən birinə yaxınlaşaraq onunla söhbət etsə də, bir dəqiqə sonra müşahidəçinin göstərişi ilə onu məntəqədən çıxarıblar.
2/40 saylı seçki məntəqəsində isə bir nəfər şəxs məntəqə seçki komissiyasının sədri ilə söhbət edib. Daha sonra onlar birlikdə səsvermə zalına daxil olub, texniki avadanlıqlarla bağlı danışmağa davam ediblər. Müşahidəçi bu şəxsin kim olduğunu və səsvermə otağında olmaq hüququnun olub-olmadığını soruşduqda məntəqə komissiyasının sədri cavab verib ki, o, prokurorun mühafizəçisidir və səsvermənin gedişi ilə maraqlanır.
Qeyd olunur ki, bəzi seçki məntəqələrində səsvermənin təşkili və gizliliyinin təmin edilməsi ilə bağlı problemlər, əsasən, seçki məntəqəsinin və ya səsvermə otağının düzgün seçilməməsi ilə bağlı yaranıb.
Günel Mikayılova,
KONKRET.az