Rusiyanın zərgərlik markası “Alrosa” Yakutiyadakı mədəndən 390,7 karatlıq brilyantın çıxarıldığını açıqlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun son 10 ildə Rusiyadan çıxarılan ən böyük almaz olduğu bildirilir.
Rəsmilər daşın qiymətinin hələlik məlum olmadığını bildirsələr də, Rusiya-Ukrayna müharibəsi səbəbindən almazın satışının çətin ola biləcəyinə diqqət çəkiblər.
Şirkətdən bildirilib ki, almazın kütləsi, forması və rəngi onu fərqləndirir.
Qeyd edək ki, Rusiya dövlətinə məxsus “Alrosa” şirkəti son illərdə iri ölçülü daşları hərraca çıxarır.
Bildirilib ki, ABŞ və qərb ölkələrinin sanksiyalarından sonra “Alrosa” Asiya və Hindistan bazarlarına üstünlük verməyə başlayıb.
İqbal Rzayev,
KONKRET.az