“ABŞ Azərbaycana hərbi yardımı dayandırır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə çıxışı zamanı deyib:
“Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq.
Bakı bizi əmin etdi ki, Ermənistana güc tətbiq etmək niyyəti yoxdur. Biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti diqqətlə izləyirik”.