40 illik sanksiyalar: İran Qərbin iqtisadi blokadasından necə xilas olur? – ÖZƏLbackend

40 illik sanksiyalar: İran Qərbin iqtisadi blokadasından necə xilas olur? - ÖZƏL

1979-cu il İslam İnqilabı İrana qarşı uzunmüddətli sanksiyalar dövrünün başlanğıcı oldu. Ən iddialı mərhələ 2006-cı ildə başladı.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci il fevralın 22-dək İran sanksiyalara məruz qalan şirkət və şəxslərin sayına görə dünya lideri idi. Məhdudiyyətlər son 40 ildə mərhələli şəkildə və əksəriyyəti ABŞ tərəfindən tətbiq edilib.

2006-2010-cu illərdə BMT silah ixracına, nüvə materiallarının və nüvə sənayesi üçün avadanlıqların idxalına qadağa qoyub. 2010-2012-ci illərdə sanksiyalar neft və maliyyə sektorlarına zərbə vurub və bu, İranın demək olar ki, qlobal maliyyə-iqtisadi sistemindən tam təcrid olunmasına gətirib çıxarıb. 2012-2021-ci illər üçün ÜDM-in orta illik artımı cəmi 0,58 faiz təşkil edib.

2015-ci ildə İran və “altılıq” ölkələri (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya) sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını (Birgə Hərtərəfli Fəaliyyət Planı) məhdudlaşdırmaq barədə razılığa gəliblər. Nəticədə 2016 və 2017-ci illərdə iqtisadi artım müşahidə olunub.

Bununla belə, 2018-ci ildə ABŞ prezidenti Donald Tramp sazişdən çıxıb və “maksimum təzyiq” siyasətinin tərkib hissəsi kimi əlavə məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar İran neftinin ixracına, eləcə də 700-dən çox bank, şirkət və fiziki şəxslərə təsir göstərib.

2016 və 2017-ci illərdə iqtisadiyyatın tədricən bərpasına baxmayaraq (istehsal sektorunun sanksiyalarına uyğunlaşma səbəbindən) İranın adambaşına düşən ÜDM-i 2012-2020-ci illər arasında demək olar ki, 70 faiz azalaraq 2.400.000 dollara düşüb. İran üçün ən çətin dövr Avropanın ABŞ-ın neft embarqosuna qoşulduğu 2012-ci il olub. ÜDM-in azalmasında enerji sektoruna təzyiqlər həlledici rol oynayıb.

İran neft ehtiyatlarına görə dünyada üçüncü ölkədir. Sanksiyalardan əvvəl onun ixracı gəlirin 80%-ni, büdcə gəlirlərinin isə 60%-ə qədərini təşkil edirdi. Bir ildən az müddətdə ixrac gəlirləri 60% azalıb. İxrac Asiyaya, əsasən də İranın əsas ticarət tərəfdaşı olan Çinə yönəldilib.

Sanksiyaların yenidən tətbiqindən sonra mal və xidmətlərin ixracı və idxalı da kəskin şəkildə azalıb. Neftlə yanaşı, əsas gəlir mənbəyi olan sənaye metallarının ixracı da məhdudiyyətlərə məruz qalıb. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə İranın ticarət kəsirinin 3,45 milyard dollar olduğunu təxmin edir.

Çoxtərəfli sanksiyaların tətbiqindən bəri ilin sonunda inflyasiya cəmi iki dəfə – 2015-ci ildə JCPOA razılaşmasından sonra ikirəqəmli həddən aşağı düşüb. 2018-ci ildə yeni sanksiyalar dalğası ilə inflyasiya iki dəfə yüksələrək 50%-ə yaxınlaşıb.

Hiperinflyasiyanın səbəbi İran Mərkəzi Bankına beynəlxalq məhdudiyyətlərin təzyiqi və rialın zəif olmasıdır. Donald Tramp administrasiyası tərəfindən sanksiyaların tətbiqindən sonra o, beynəlxalq ehtiyatların yalnız 10%-nə çıxışını saxlayıb: 2018-ci ildə Mərkəzi Bankın sərəncamında 122,5 milyard dollar, 2020-ci ildə 12,4 milyard dollar olub.

Devalvasiya və inflyasiya səbəbindən 2020-ci ildə rialı yeni milli valyuta olan tümənlə əvəz edən denominasiya həyata keçirilib: 1 tümən 10 000 riala bərabərdir. Xarici valyuta qıtlığına baxmayaraq, ölkədə onun dövriyyəsi saxlanılıb.

2012-ci ildə SWIFT-in bağlanmasından sonra iranlılar hesablaşmalar üçün BƏƏ, Türkiyə, İraq və Tayvan banklarından fəal şəkildə istifadə etməyə başladılar. Visa və MasterCard kartları Shetab-ın daxili ödəniş sistemi ilə əvəz edildi.

İranda minimum əmək haqqı inflyasiyadan fərqli olaraq yavaş artır. 2022-ci maliyyə ili üçün hökumət əmək haqqını təxminən 200 dollar ekvivalentində təyin etdi, halbuki əsas malların istehlak səbəti iki dəfə bahadır.

Eyni zamanda, 10 milyona yaxın işçi (işçi qüvvəsinin 40%-i) qeyri-formal sektorda işləyir və minimum əmək haqqını belə almır. 2020-ci ildə iranlıların təxminən üçdə biri yoxsulluq həddində yaşayıb. 85 milyon əhalisi olan ölkədə 42 milyondan çox insan Dövlət Sosial Təminat Təşkilatında qeydiyyatdadır, sığorta ödənişi və pensiya alır. 2012-ci ildən bəri ev təsərrüfatlarının orta illik xərcləri çörəyə nisbətdə iki dəfə, ətə nisbətdə üç dəfə, südə nisbətdə isə dörd dəfə artmışdır.

Humanitar böhran o qədər ciddi olub ki, Avropa ölkələri 2019-cu ildə ABŞ-ın sanksiyalarından qorxmadan İran tərəfi ilə qanuni ticarət aparmaq üçün xüsusi INSTEX (ödənişlərin mübadiləsini asanlaşdıran klirinq mərkəzi) mexanizmi yaradıb.

Əhalinin həyat səviyyəsini, təhsilini və uzunömürlülüyünü hər il hesablayan BMT-nin İnsan İnkişafı İndeksində ölkə 189 dövlət arasında 70-ci, Beynəlxalq Xoşbəxtlik İndeksində 146 ölkə arasında 116-cı yerdə qərarlaşıb.

YUNESKO-nun 2020-ci il üçün məlumatlarına görə, ölkə əhalisinin demək olar ki, 60%-i ali təhsillidir, 2011-ci ildə bu göstərici 50% və 2015-ci ildə 73%-dir, bundan sonra bu nisbət azalmağa başlayıb. 15-24 yaşlı insanlar arasında savadlılıq əmsalı 98,1%, 65 və yuxarı yaşlılar arasında isə 37%-dən azdır. 2020-ci il üçün gözlənilən ömür uzunluğu 77-dir.

Avtomobil bazarında yerli dövlət şirkətləri olan Saipa və Iran Khodro üstünlük təşkil edir. Iran Khodro bütün Yaxın və Orta Şərqin ən böyük avtomobil istehsalçısıdır. Əsas idxalçılar Azərbaycan, Çin, BƏƏ və Misirdir.

Böyük problem İranın sanksiyalara görə yeniləyə bilmədiyi köhnəlmiş donanmasıdır. 2021-ci ildə İranın milli aviadaşıyıcısının tərkibində cəmi 38 təyyarə olub.

Smartfon istifadəçilərinin sayı 69 milyona (85 milyon əhalidən) yaxındır. Onlardan 12 milyonu iPhone sahibidir. Rəsmi olaraq onlar İrana tədarük edilmir, ölkəyə başqa dövlətlərdən gətirilir. 55 milyonu Android platformalı smartfonlardan istifadə edir ki, bunların da yarısından çoxu Samsungun istehsalıdır.

iranlılar özlərini hiperinflyasiyadan qorumağın bir çox yolu var. 2017-ci ildən 2021-ci ilə qədər onun yerli valyutada kapitallaşması 15 dəfə artıb. 2022-ci ildə isə bu rəqəm 1,2 trilyon dollardır (rəsmi məzənnə ilə). 2011-ci ildə birjada 4,5 milyon iranlının hesabı var idisə, 2020-ci ilin sonuna onların sayı 50 milyona çatıb.

2020-ci ildə İranda aktivləri 1 milyon dollardan çox olan insanların sayı 21,6% artıb (dünya üzrə orta göstərici 6,3%). Bununla belə, bir çox ekspertlər qeyd edirlər ki, fond bazarının artım xarakteri spekulyativ xarakter daşıyır.

Koronavirus pandemiyasından əvvəl turizm sənayesinin İranın ÜDM-ə töhfəsi 10,4% idi. 2019-cu ildə İrana 7,8 milyon turist (2018-ci illə müqayisədə 52,5% çox) səfər edib. Bunun əsas səbəbləri kimi bu sektora əhəmiyyətli sərmayə qoyuluşu, elektron vizaların verilməsi və ayrı-ayrı ölkələr üçün vizasız rejimin tətbiq olunmasıdır.

İranın həm çıxış, həm də giriş üçün əsas turizm istiqamətləri Qərbi Asiya regionunun ən yaxın ölkələri – Türkiyə və İraqdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Aslan
    Mart 19, 2022 - 20:27

    Məqalənizə rus dilində infograf yerləşdirmək yanlış oldu. İranı ayağda saxlayan ölkələrdən biri Azərbaycandır, az mı irandan mal idxal olur?

Aslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*