43 yaşlı kişi dəm qazından ÖLDÜbackend

43 yaşlı kişi dəm qazından ÖLDÜ

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

KONKRET.az-ın məlumatına görə, rayonun Quşencə kənd sakini, Bakı şəhərində yaşayan 1979-cu il təvəllüdül Mustafayev Asif Alxan oğlu bu gün İsmayıllının Qəzli kəndində özünə tikdiyi yeni evində kustar üsulla quraşdırılan odun sobasından çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Bu gün mərhumun qardaşı evə gələrək onun meyitini aşkar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*