44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabrbackend

44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

KONKRET.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

– Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

– Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusu düşmən üzərində tam üstünlüyə malikdir.

– Düşmənin daha bir PUA-sı məhv edilib.

– Düşmən Füzulini “Smerç” ilə atəşə tutub.

– Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb.

– Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.

– Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb.

– Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib.

– Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilməsinin videogörüntüsü yayılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*