Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
KONKRET.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırır.
“Baku Media Center” sosial şəbəkə hesabında filmin kadrarxası görüntülərini paylaşıb. Həmçinin bu görüntülər Türkiyə mediasında da maraqla qarşılanıb. Belə ki, şou yazarı Birsen Altuntaş bununla bağlı instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Xankəndi, Xocavənd, Hadrut, Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə və digər bölgələrdə aparılır.
Həmin görüntüləri təqdim edirik: