45 yaşlı qadın dəm qazından öldübackend

45 yaşlı qadın dəm qazından öldü

Gədəbəy rayonunda qadının dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilir.

KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Məmmədova Yeganə yaşadığı evin vanna otağında ölü halda tapılıb.

İlkin ehtimallara əsasən, qadının dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*