Hazırki maliyyə dünyasında “kredit tarixçəsi” anlayışı şəxsin və ya təşkilatın banklar və digər maliyyə qurumları qarşısında olan etibarının əsas göstəricilərindən hesab olunur. Bu tarixçə əvvəllər götürülən kreditlərin necə qaytarıldığını, ödənişlərin vaxtında edilib-edilmədiyini və ümumilikdə borc davranışını göstərir.
Maraqlıdır, banklar qara siyahını hansı əsaslarla tərtib edir və bu siyahılar nə qədər müddət qüvvədə qalır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, “qara siyahı” anlayışı mövcud deyil:
“Hər bir şəxsin sadəcə kredit tarixçəsi olur. Bu tarixçə Kredit Bürosunda formalaşır. Yəni, banklar və bank olmayan kredit təşkilatları verdikləri bütün kreditlər barədə Kredit Bürosuna məlumat göndərirlər. Əgər kreditlərin ödənilməsində gecikmələr olarsa, bu barədə də məlumat həmin büronun bazasına daxil edilir”.
İqtisadçı kredit tarixçəsinin vacibliyindən də danışıb:
“Vətəndaş banka və bank olmayan kredit təşkilatlarına kredit üçün müraciət etdikdə, həmin bank Kredit Bürosuna sorğu göndərir və vətəndaşın tarixçəsini yoxlayır. Bu zaman onun əvvəlki öhdəlikləri, ödəniş intizamı və gecikmələrinin olub-olmaması araşdırılır. Bu məlumatlar əsasında vətəndaşa kreditin ayrılıb-ayrılmayacağına qərar verilir. Əgər vətəndaşın ciddi gecikmələri varsa, ona kredit verilməməsi ehtimalı yüksək olur. Bu məlumatlar yalnız vətəndaşın razılığı ilə əldə oluna bilər. Əgər vətəndaş buna icazə verməzsə, həmin halda ona kredit də təqdim olunmur.”
Ekspert vurğulayıb ki, kredit tarixçəsi Kredit Bürosunun bazasında 10 il müddətində saxlanılır.
Aynurə İsmayıl
KONKRET.az
Pul lazımdır
Çatarsınız çörəyə. Faizləri bir az da yüksəldin. Məhkəmə, İcra – Probasiya idarələrilə əl-ələ verib, max.50% -lə yıxın vətəndaşın evini. İnşallah Allah sizin də evinizi yıxar.
İndi mənim 30 gündən cox kecikməm olub mənə kiredit almalıyam gərək 10 il gözləyim ki adımdan gecikmə silinsin
Mən qazisyəm adma keçilməz düşüb me mənliyim ki mənim adım təmizə cıxsın
Gecikme silen qurumlar var telegramda tapa bilersiz
10 ildən sonra kredit götürmək mümkün olur.
Mən kredit goturmək isdəyirəm ancaqki,dost mmc da isləyirəm mənə dusur?
Məndədə gecikmə var buna görə nə etməli gerek 10 il gözləyək neysə siz kridit verən deyilsiz yalandan bura yazmayın neyse
İnsanları otuzdurmusuz mala kretite camahat canı ilə əlləsir
Bu xeberden hecne bawa duwmedim. Yani bizim bilmediyimiz, hansi melumati dawiyiridi bu xeber? Eger kredit tarixcende gecikme varsa, yeni kredit almaginda cetinlik olacagini zaten bilirdik. Eger gecikmeler ciddi wekildedirse, yani uzun muddetlidirse, sene hecbir bankin kredit vermeyeceyinide bilirdikde. Men bu xeberden hecbir yenilik falan gormedim. Birce onu deyirki, “gara siyahi” kimi bildiyiniz departament, eslinde “kredit bürosudu” neticede eyni messebe xidmet edirler. Loru dilde desek (gan içenler deportamenti) bu deyilen her 2 addan fergli olarag, sonda yazdigim bu büronun gordukleri iwi weffaf wekilde ifade ede bilir… Azerbaycanda bu dege 18 yawindan yuxari olan her 10 insandan en az 6-7 si ya manatodan yada azpulmatdan, texminen 20% le kredit alarag, ozderini hemen büronun müwderisine cevirmiw veziyyetdedirler. Mence kredit hagginda nese daniwdigda, el boyda uwaglarada online wekilde, fantastik faizlerle kredit verilmesi barede daniwib, bu tewkilatcilara “DUR” deyilmesede, biraz vijdandan, insafdan falan daniwib maariflendirmek lazimdi.
Osduraga basirlar bank of bakuda 15 ilden otub ustunden 76 azn gecismem olub gozume soxdular ora gedende deyirem bu boyda il kecib deyir o bizim sistemde qalir
3 ildir Bank əmık haqqımı kredit borxuma,göeı tam şəkildə 100% tutur buna nə deyısın