İran “Simurq” adlı nəqliyyat təyyarəsini sınaqdan keçirdibackend

İran “Simurq” adlı nəqliyyat təyyarəsini sınaqdan keçirdi

İranın Təyyarə İstehsalat Şirkəti (HESA) tərəfindən yığılmış “Simurq” nəqliyyat təyyarəsinin uçuş sınaqları keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri Məhəmməd Aştiani məlumat verib.

O bildirib ki, təyyarənin uçuş sınaqları İranın Mülki Aviasiya Təşkilatının dəstəyi ilə həyata keçirilir.

“Bu mərhələdən sonra “Simurq” ölkənin təyyarə parkına daxil olunacaq”, – deyə  Aştiani vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, hazırda bu modelin ikinci təyyarəsi yığılır. Onun sözlərinə görə, “Simurq”un yaradılması tapşırığı Müdafiə Nazirliyinə mərhum prezident İbrahim Rəisi tərəfindən verilib. Aştiani bildirib ki, təyyarənin bəzi hissələri İran daxilində istehsal olunsa da, digər hissələrini Tehran xarici ölkələrdən alır.

İRNA agentliyinin məlumatına görə, saatda 530 kilometrə qədər sürət yığa bilən turbovintli mühərrikə malik olan “Simurq” taktiki nəqliyyat təyyarəsi 6 tona qədər olan yüklərin daşınması üçün nəzərdə tutulub.

Burhan,

KONKRET.az

  • Hidayət
    İyun 14, 2024 - 00:08

    Bu yeni dünya rekordudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*