Fransada obyektofiliyadan əziyyət çəkən 47 yaşlı Qael Engel üç dəfə müxtəlif attraksionlara ərə gedib.
KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qadın “Jam Press” portalına evliliklərindən danışıb.
Qael ilk dəfə 2023-cü ilin yazında evlənib. Belə ki, onun seçdiyi “Gravity” attraksionu olub. Qadının dediyinə görə, evlilik təxminən il yarım davam edib, ta ki karuseldə başqa bir qadın peyda olana qədər. Sonra Engel boşanıb.
Fransız qadın ikinci dəfə uşaq attraksionu “Tornado” ilə evlənib. Ancaq “Tornado” satılıb və Qaelin ikinci evliliyi də pozulub.
Bir müddət sonra qadın “Experience” adlı attraksionla ünsiyyət qurmağa başlayıb. Onun sözlərinə görə, hər şey dostluqdan başlayıb və sonradan bu karusellə münasibət Engelə əvvəlki boşanmalarını unutmağa kömək edib.



