backend

"Azərbaycan dünya mədəniyyətdə ölülərlə təmsil olunur" - Aqşin Yenisey

Məlum olduğu kimi, 2-8 oktyabr aralığında Bakıda Beynəlxalq Kitab Sərgisi keçirilir. Qeyd olunur ki, sərgiyə maraq olduqca azdır.

Görəsən, ölkənin ən böyük kitab sərgisinə maraq niyə bu qədər azdır?

KONKRET.az xəbər verir ki, yazıçı Aqşin Yenisey mövzu ilə bağlı düşüncələrini bölüşüb.

O qeyd edib ki, bizə görə mədəniyyət keçmişdə baş vermiş hadisədir:

“Biz cəmiyyəti mədəniyyət adı altında filoloji qannibalizmə öyrəşdirmişik. Bizə görə mədəniyyət keçmişdə baş vermiş hadisədir. Mədəniyyət hadisəsi indi və gələcəkdə baş verə bilməz. Ən yaxşı şair, filosof, mütəfəkkir ölü olandır. Mədəniyyətimiz hər yerdə ölü şairlərin, filosofların, mütəfəkkirlərin “ətini” yeyir. Azərbaycan dünya mədəniyyətdə ölülərlə təmsil olunur. Mədəni sərgilərə ölülər göndərilir, dünya dillərinə ölüllərin kitabları çap olunur, beynəlxalq mədəni mühitdə bircə dənə də diri azərbaycanlı yoxdur. Bu yaxınlarda “TRT Haber” kanalında iki türk ədəbiyyatşünas Azərbaycan ədəbiyyatından danışırdı. Onların nitqində Azərbaycan ədəbiyyatını ən gənc şairlər olaraq rəhmətlik Bəxtiyar Vahabzadə və Məhəmməd Hüseyn Şəhriyar təmsil edirdi. Son sözləri bu oldu ki, müasir Azərbaycan ədəbiyyatı hələ çox qədimdir. Teatrların, sərgilərin, mədəni tədbirlərin azərbaycanlısız qalmasının ən dərin səbəbi budur: dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz inancı. Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır.

Ekspert qeyd edib ki, ölkə vətəndaşı müasirlərinə inanmır:

“Azərbaycan vətəndaşı öz müasirinin yaxşı roman yazacağına, yaxşı film çəkəcəyinə, yaxşı müsiqi bəstələyəcəyinə, yaxşı obraz yaradacağına inanmır! Ona görə bütün ictimai sərmayə ölülərə yatırılır. Çünki milli-mədəni qannibalizm bizi ən dadlı estetik qidanın ölülərin “əti” olduğuna inandırıb. Kitab sərgisinə insanların maraq göstərməməsi bu günə qədər mədəniyyət adı altında gördüyümüz işlərin nəticəsidir”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*