Şimali Koreya Cənubi Koreyaya zərbələr endirməyə hazırdır.
KONKRET.az “Politco”ya istinadən xəbər verir ki, rəsmi Seul təxribat xarakterli addımlarına davam edərsə, KXDR tərəfindən zərbə əmri veriləcək..
Mənbənin məlumatına görə, Cənubi Koreya əhali arasında təzyiq və təşviq yaratmaq üçün Pxenyan üzərinə dron uçuraraq vərəqələr səpir.
Sözügedən ölkə bunu təsdiqləməsə də, artıq üç dəfə bu halın yaşandığı qeyd olunur.
Seul hökunəti isə bildirib ki, əhalisinin təhlükəsizliyi sual altında qalarsa, qəti cavab tədbirləri görəcək.
Xatırladaq ki, Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahı sərhəd xətti yaxınlığındakı artilleriya birləşmələrini atəşə tam hazır vəziyyətə gətirməyi əmr edib.
Əmrə əsasən, sərhəd xətti yaxınlığındakı artilleriya birləşmələri və mühüm atəş tapşırığının yerinə yetirilməsinə cavabdeh olan hissələr atəşə tam hazır vəziyyətdə olmalıdırlar.
Müdafiə Nazirliyinin əməkdaşı həmçinin əlavə edib ki, bu əmr hərbi vəziyyət ştatı üzrə komplektləşdirilmiş səkkiz artilleriya briqadasına aiddir. KXDR hərbçiləri 13 oktyabr yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 15:00) qədər tam hazırlıq vəziyyətinə keçməli idilər ki, bundan sonra onlara yalnız atəş açmaq əmrini gözləmək qalacaqdı.
KXO Baş Qərargahı bütün səviyyələrdə hissə və bölmələrə müşahidə və qarovul xidmətini gücləndirməyi əmr edib. Bununla əlaqədar olaraq Pxenyanda HHM müşahidə məntəqələri gücləndirilir.
Məlik,
KONKRET.az