50 yaşlı kişini elektrik cərəyanı vurdubackend

50 yaşlı kişini elektrik cərəyanı vurdu

Ağstafa sakinini elektrik cərəyanı vurub.

KONKRET.az xəbər verir ki, hadisə Ağstafa şəhər ərazisində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Abbasov Siyavuş Eldar oğlu iş görən zaman ehtiyatsızlıq edib, bu zaman onu elektrik cərəyanı vurub.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan S.Abbasov əvvəlcə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb, orada ilkin tibbi yardım aldıqdan sonra isə Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*