53 min dollar mənimsəyən Gömrük Komitəsinin müstəntiqi məhkəmə qarşısındabackend

53 min dollar mənimsəyən Gömrük Komitəsinin müstəntiqi məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini təmin etməyib. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham elan olunub. Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismində tanınıb. Bundan başqa, digər zərərçəkmiş Gürcüstan vətəndaşı Jaba Jibgaşvili tanınıb. Qaçaqmalçılıqda ittiham olunan Gürcüstan vətəndaşının sərhəddən keçərkən üstündə tapılan 53 min dolların DGK-nın depozit hesabına qoyulub, Nicat Qasımov isə həmin pulu götürərək mənimsəyib.

Qeyd: Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*