56 tələbənin təhsil krediti almaq hüququ müəyyən edildibackend

56 tələbənin təhsil krediti almaq hüququ müəyyən edildi

Ötən gün Təhsil Tələbə Krediti almaq üçün 255 nəfər müraciət edib.

KONKRET.az xəbər verir ki. bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ilkin olaraq müraciətlərinin emalı son mərhələyə çatan 56 tələbənin təhsil krediti almaq hüququ müəyyən edilib. 3 tələbənin isə müraciətindəki uyğunsuzluqlara görə təkrar müraciət hüququ verilməklə imtina verilib. Digər tələbələrin isə müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin qəbulu davam etməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*