Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan şəhər sakini Y.Bağırovu qətlə yetirməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb.
DİN-dən KONKRET.az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.
19:59
Şirvanda 60 yaşlı kişi qətlə yetirilib.
KONKRET.az xəbər verir ki, hadisə Şirvan şəhəri Çılpaqlı qəsəbəsində qeydə alınıb.
Şirvan sakini, 1963-cü il təvəllüdlü Bağırov Yavər Kamil oğlu mübahisə zəminində boğazından bıçaqlanıb. O, yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə dəqiqədən sonra orada ölüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.