600-dən çox bal toplayanlar əsgərliyini burada çəkəcək – DETALLARbackend

600-dən çox bal toplayanlar əsgərliyini burada çəkəcək - DETALLAR

Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər əsgərliyi Milli Müdafiə Universitetində çəkəcəklər.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.

Bu xəbər ictimaiyyət arasında maraqla qaşılanıb və hər kəs bu yeniliyin detalları ilə maraqlanır.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a danışıb.

O deyib ki, yüksək intellektə malik çağırışçıların Milli Müdafiə Universitetində xidmət etməsi ilə bağlı verilən təkliflər hərbi xidmətə gedən gənclərə yönəldilən xüsusi bir proqramı əhatə edir:

“Burada əsas məqsəd ölkənin müdafiə qüdrətini artırmaq və orduda müasir, yüksək səviyyəli kadrların hazırlanmasını təmin etməkdir. Bu addım Azərbaycanın həm qlobal müdafiə tendensiyalarına uyğunlaşması, həm də ölkənin təhlükəsizlik strategiyasını daha da gücləndirməsinə xidmət edir.

Yüksək intellektə malik çağırışçılar – bu kateqoriyaya Dövlət İmtahan Mərkəzindən (DİM) 600 və yuxarı bal toplayan gənclər daxildir. Bu gənclərin hərbi xidmətə yönəldilməsi müdafiə sisteminin intellektual səviyyəsinin artırılmasına səbəb olacaq. Çünki bu şəxslər ali təhsil prosesində yüksək nəticələr əldə edərək intellektual potensiallarını sübut ediblər. Belə gənclər orduda kompleks qərarlar qəbul etmək və texnologiyaların daha effektiv istifadəsini təmin etmək üçün müstəsna bir resurs ola bilərlər.

Hərbi xidmətin intellektual səviyyəsinin artırılması isə beynəlxalq təcrübədə də geniş tətbiq olunan bir yanaşmadır. Məsələn, ABŞ ordusu yüksək intellektə malik gənclərin xidmətə cəlb edilməsinə xüsusi diqqət ayırır. Hərbi xidmətçilərin təhsili ordunun texnoloji üstünlüyünü və strateji qərarların keyfiyyətini artıran faktorlardan biri kimi qəbul edilir.

Azərbaycanın təklif etdiyi digər bir kateqoriya isə beynəlxalq və respublika fənn olimpiadalarının qalibləridir. Bu gənclər hərbi xidmətə cəlb edilməklə yanaşı, müdafiə sahəsinə elmi yanaşmalar gətirə bilərlər. Beynəlxalq olimpiada qalibləri təcrübə və innovasiya sahələrində önəmli biliklərə sahibdirlər və onların xidmətə cəlb olunması ordunun tədris, texnologiya və elmi tədqiqat sahələrini gücləndirəcək.

Beynəlxalq olimpiadaların qaliblərinin müdafiə sahəsində iştirakı təhsilin və elmi biliklərin orduda tətbiqinə geniş imkanlar yaradır. Bu yanaşma xüsusilə yüksək texnoloji avadanlıqların və müasir hərbi strategiyaların tətbiqi baxımından mühüm rol oynayır. Məsələn, Çin ordusu da yüksək səviyyəli tələbələrin hərbi sahəyə cəlb edilməsinə diqqət yetirir və elmi biliklərə əsaslanan qərarların alınmasına üstünlük verir.

Daha bir mühüm kateqoriya isə beynəlxalq reytinqdə yüksək yerlərdə olan universitetlərin məzunlarıdır. Burada söhbət “Times Higher Education (THE) World University Rankings” və “Shanghai” reytinqlərində 500-cü yerdən aşağı olmayan universitetlərdən məzun olan gənclərdən gedir. Bu şəxslərin hərbi xidmətə cəlb olunması Azərbaycan ordusuna müasir bilikləri və qlobal təcrübəni gətirəcək.

Beynəlxalq reytinqi yüksək olan universitetlərin məzunları dünyada tanınmış elmi biliklərə malikdir və bu biliklər orduda texnoloji inkişafı və innovasiyaları sürətləndirmək üçün istifadə edilə bilər. Bu, xüsusilə kibertəhlükəsizlik, süni intellekt və dron texnologiyalarında ordunun güclənməsinə səbəb olacaq. Məsələn, İsrail ordusu da yüksək akademik uğurları olan gənclərin xidmətə cəlb olunması ilə tanınır və bu, onların texnoloji üstünlüklərini qorumağa imkan yaradır”.

Ekspert bu yeniliyin müsbət tərəflərindən söz açıb:

“Yüksək bal toplayan və beynəlxalq olimpiada qalibləri kimi gənclər ordunun intellektual səviyyəsini artıracaq, strateji qərarların daha keyfiyyətli olmasını təmin edəcək. Beynəlxalq səviyyədə uğur qazanmış gənclərin orduda fəaliyyəti müdafiə sahəsində elmi və texnoloji inqilablara səbəb ola bilər. Bu da ordunun qlobal texnoloji trendlərə uyğunlaşmasına şərait yaradacaq.

Xarici universitetlərdən məzun olan tələbələr qlobal təcrübə və bilikləri ölkəyə gətirir, bu isə ordunun müasir yanaşmalarla təchiz edilməsinə və beynəlxalq müdafiə strategiyalarına uyğun hərəkət etməsinə yardım edəcək. Bu təkliflərin həyata keçirilməsi Azərbaycanın müdafiə strategiyasını yeni bir səviyyəyə qaldıra bilər. Elmi biliklərə, texnoloji bacarıqlara malik gənclərin xidmətə cəlb edilməsi ölkənin təhlükəsizlik potensialını gücləndirəcək və ordunun daha müasir və səmərəli fəaliyyət göstərməsinə səbəb olacaq.

Beynəlxalq təcrübədə də belə yanaşmaların uğurlu nəticələr verdiyi məlumdur. Azərbaycanda da bu addımların atılması həm milli təhlükəsizliyin güclənməsinə, həm də ölkənin qlobal arenada daha etibarlı müdafiə qüvvəsinə çevrilməsinə xidmət edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*