DSMF pensiya ödənişlərinin gecikməsi iddialarına aydınlıq gətirdibackend

DSMF pensiya ödənişlərinin gecikməsi iddialarına aydınlıq gətirdi

Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili paylaşım edib.

DSMF rəsmisi bildirib ki, əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.

“Hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib”, – paylaşımda qeyd olunub.

  • pensioner
    Oktyabr 16, 2024 - 15:23

    90-cı illərin tryukları təkrar olunur!

  • Yusif
    Oktyabr 16, 2024 - 17:51

    Bunlar Ne Danisir Guzestli Şertlerle Pensiya Alanlar Yeni biz Qaziler Her ayin 15 almisiq..indi 20-28 araliqi Qoyublar,8 iş gunu Yaziblar buda 12 gun edir,Demek Biz Her 45 gunden Bir pensiya alaciq…Vallah Bu Sahil Babayevin Allah qorxusu Yoxdur bilirik..Dovletdendemi Qorxmur Bu Allahsizlar

  • Gülnur
    Oktyabr 16, 2024 - 17:53

    Sosial yardım

  • gulnur
    Oktyabr 16, 2024 - 17:55

    Ünvanlı Sosial yardım

  • vuqar
    Oktyabr 16, 2024 - 23:48

    Ayın 12 də velən pensiyələr niyə 2 aydı gecikir səbəb nədi hmı gözün tikib pensiyə onuda gecikdirisiz

  • m
    Oktyabr 17, 2024 - 23:23

    Bu ne diyeee deyqede bir eyni xəbəri verirsiz bir demirsiz ki bu nevaxt verilecey günü günnən banklara gecikme faiz artır qəsdən edirlər bular banklardan müqavilə bağlayıblar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*