67 gündür axtarılan qayıq tapıldı: Bir nəfər sağ qalıbbackend

67 gündür axtarılan qayıq tapıldı: Bir nəfər sağ qalıb

Oxot dənizində üç nəfərin olduğu itmiş qayıq tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, iki nəfər ölüb, biri sağ qalıb. Hazırda hadisənin necə baş verdiyi araşdırılır. Gəmi oktyabrın 14-də Kamçatka ərazisinin Ust-Xayryuzovo kəndi yaxınlığında Oxot dənizində tapılıb.

İnternetdə 67 gün Kamçatka yaxınlığında dənizdə qalan rusiyalının xilas edilməsinin görüntüləri yayılıb.

Qeyd edək ki, avqustun 9-da içərisində 3 nəfər olan qayıq itkin düşüb. İki qardaş, eləcə də onlardan birinin oğlu Xabarovsk diyarının Nikolaevski rayonunda yerləşən Perovski burnundan “Baykat” katamaranında Saxalin adasına doğru yola düşüblər. Səyahətçilər özləri ilə isti paltar, xilasedici jiletlər, məşəllər, ərzaq ləvazimatları və 20 litr içməli su götürüblər.

İtkin düşən rusların axtarışlarına avqustun 14-də başlanılıb. Axtarışa üç helikopter və dörd təyyarə cəlb edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə (hərəkət təhlükəsizliyi və daxili su nəqliyyatının istismarı qaydalarını pozma) cinayət əlamətləri əsasında cinayət işi açılıb.

/Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*