Son zamanlar Xəzər dənizinin səviyyəsinin olduqca aşağı düşməsi ciddi narahatlığa səbəb olub. Uzun zamandır su azalsa da, konkret səbəblər açıqlanmır. Maraqlıdır, sürətlə suyu çəkilən, quruyan bu nəhəng gölü “sağaltmağın” yolları varmı? Varsa, nədir?
Ümumiyyətlə, Xəzəri necə xilas etmək olar?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, müşahidələr onu göstərir ki, Xəzər dənizi səviyyəsi müntəzəm sürətdə artıb-azalmaqda davam edir.
O deyib, mövcud artıb-azalmalar təxmini 30-40 ildən bir təkrarlana bilər:
“Son mütəxəssis qiymətləndirmələri onu göstərir ki, iqlim dəyişmələrinin Xəzər səviyyəsinin azalmasında təsiri çoxdur. Əgər qlobal miqyasda ölkələr Paris razılaşmaları çərçivəsində öz götürdükləri öhdəliklərə əməl etsələr, iqlim dəyişmələri də dayanar. Beləliklə də, Xəzərə tökülən çayların sululuğu yenidən artmış olar. Bu isə müəyyən mənada Xəzər dənizinin səviyyəsini yüksəldə bilər”.

Bu qədər leysan sel gara gedir ? Su evləri basıb carayinda xəzərə
Çox savadsız məqalədir
İranla bərabər Araz çayina bənd tikmisiniz yazıq Xəzər quruyarda
Yuxarıda yazıblar doğurdanda çox savadsız bir açıqlamadır. Çün ki, elimlərini artırmırlar maaş alım vəssalam. İqlim dəyişikliyi ilə bağlı 300 müstəqil alim 89 ölkədə həyacan təbili çalırlar. 2025ci ildən planet fəlakətlər dövrünə giri və iqlil fəlakətləri günü gündən gücü və sürətlə artacaq. Yerin nüvə sistemi pozulub, və onu pozan 12min ildən bir planetin şüa altına düşməsidir və okeanın plastik hissəciklərnən,nano hisəciklərnən dolu olduğundan okean nüvəni soyuda bilmir. Okean nüvənin soyudma sistemidir. Bu 2 amil iqlim fəlakətlərinin artmasına gətirib çıxardır. Və bu 3-4 il ərzində həll olmasa artıq planeti xilas edə bilməyəcəyik. Və 2036 son nöqtə olacaq. Amma müstəqil alimlər çıxış yolunu tapıblar. Yəni kəşf etdikləri texnoloqiya ilə həll etmək olar . Və insanlardan hər ölkə başçısı eşidmələri üçün bu barədə ictimaiyyətə çatdırmasını istəyirlər hər ölkədə. Ölkələr bu problem üzərində birləşib birgə həll edə bilərlər. Başqa cürə alına bilməz. Texnoloqiya haqqında youtubda Yaradıcı Cəmiyyət kanalında ” HAVADAN SU, BƏŞƏRİYYƏTİN XİLASINA GEDƏN YOL”adlanır.